Surenyants: “Məğlubiyyətin günahkarları artıq bəllidir”backend

Surenyants: "Məğlubiyyətin günahkarları artıq bəllidir"

Üç il əvvəl üzləşdiyi məğlubiyyətin şokundan ayıla bilməyən Ermənistan 44 günlük müharibənin nəticələrini araşdırmaqda davam edir. Bunun üçün düşmən ölkədə parlament komissiyası da fəaliyyət göstərir. Komissiyanın üzvü Qaqik Melkonyan bildirib ki, hələlik hesabat hazır deyil. Buna baxmayaraq, deputat bildirib ki, bəzi günahkarlar artıq müəyyən edilib.

KONKRET.az xəbər verir ki, erməni politoloq Suren Surenyants bununla bağlı özünün “Teleqram” kanalında yazıb ki, hökumət bu addımını çoxdan proqnozlaşdırıb. Özünü təmizə çıxartmaq üçün Paşinyan artıq günahkarları da təyin edib.

Xatırladırıq ki, parlament komissiyası müharibədən təxminən bir il yarım sonra yaradılıb. Komissiyanın işində ancaq hakim partiyadan olan deputatlar iştirak edir. Müxalif deputatlar komissiyanın iclaslarını boykot edib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*