İran ABŞ və İsrailin bu ölkəyə müdaxiləsini gözləyir. Suriyada baş verənlər onu göstərir ki, iki ölkə Suriyanın səmasını və yerüstü yollarını tam bağlayıb. Tehran Suriyanın hazırkı qaliblər qrupununun uzun müddət hakimiyttdə qalmaması üçün əlindən gələni edəcək. Tehranın xüsusi adamları suriyalı gənclərin ayağa qalxması üçün pqopaqanda və təbliğat işlərinə külli miqdarda pul ayırmağı nəzərdən keçirir. İranda hesab exirlər ki, “Müqavimət cəbhəsi” adı altında ABŞ və İsrail bu regiondan sıxışdırıllıb çıxarılacaq.
KONKRET.az xəbər verir ki, İranın dini lideri üzünü xalqa tutaraq dönə-dönə vurğulayıb ki, “Suriya hökumətinə kömək edilib, lakin Suriya hökumətinə kömək etməzdən əvvəl həlledici anda Suriya hökuməti bizə həyati yardım göstərib. Bu, insanların çoxunun bilmədiyi bir şeydir. Müqəddəs müdafiənin ortasında hamı Səddam üçün və bizə qarşı çalışarkən Suriya hökuməti Səddama qarşı bizim xeyrimizə həlledici addım atdı. Oradan Aralıq dənizinə və Avropaya neft daşıyan neft kəmərinin qarşısı kəsildi və pullar Səddamın cibinə getdi. Bu boru kəməri bağlandı və geniş etirazlara səbəb oldu. Səddam üçün nəzərdə tutulan neftin axması dayandırıldı. Suriya hökuməti özü də bu neft tranzitindən faydalanıb və bunun üçün pul alıb. Lakin bundan imtina etdilər və bunun müqabilində bizdən nəsə aldılar. İslam Respublikası bu xidməti mükafatsız qoymadı”.
İran hakimiyyəti bildirir ki, Suriyanı gözlənilən fəlakət barədə əvvəlcədən xəbərdar edib. Tehran indi bütün ümidini suriyalı gənclərə bağlayıb. Onun nə vaxt silaha əl atacağı və onları haradan tapacağı isə məlum deyil.
Bir sözlə, Suriya əldən gedir və İran öz ərazisinə birbaşa hücuma və ya “rəngli” inqilaba hazırlaşır. Bu baş verməyincə, İran Yaxın Şərqdəki qarışıqlığa birbaşa müdaxilə etməyəcək.
Natiq Səlim,
KONKRET.az