Suriya hakimiyyəti Hələbə gedən bütün yolları bağladıbackend

Suriya hakimiyyəti Hələbə gedən bütün yolları bağladı

Suriya hakimiyyəti Hələb hava limanını, eləcə də şəhərə daxil olan bütün yolları bağlayıb. 

KONKRET.az xəbər verir ki, Əsədin əsas müttəfiqlərindən biri olan Rusiya İslamçıların qarşısını almaq üçün Dəməşqə əlavə hərbi yardım vəd edib, iki hərbi mənbə yeni texnikanın yaxın 72 saat ərzində gəlməyə başlayacağını bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, Bəşər Əsədin hökumət qüvvələrinə qarşı döyüşən islamçı qruplar Suriyanın şimal-qərbində gözlənilməz hücuma keçib.

İdlib vilayətinin Saraqib şəhəri yaxınlığında da döyüşlər yenidən başlayıb. Üsyançılara 2017-ci ildə “Əl-Qaidə”dən ayrılmış “Həyat Təhrir əl-Şam” radikal qruplaşması rəhbərlik edir.

Suriyada vətəndaş müharibəsinin aktiv mərhələsi 2011-2016-cı illərdə baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*