Suriyanın yeni hakimiyyət orqanları Rusiyadan keçmiş prezident Bəşər Əsədin ekstradisiyasını tələb edir.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters yazıb.
Agentliyin mənbələrinin məlumatına görə, bu tələbi Suriyanın faktiki lideri Əhməd əl-Şaraa Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Boqdanovla söhbətində irəli sürüb.
Rusiya nümayəndə heyəti Əsəd hökumətinin devrilməsindən sonra ilk dəfə yanvarın 28-də Dəməşqə gəlib. Danışıqlarda Lavrovun müavini ilə yanaşı, Kremlin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev də iştirak edib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Dəməşqin üsyançıların əlinə keçməsindən sonra Bəşər Əsəd Moskvaya qaçıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az