Dünən-yanvarın 3-də Tailandda ispaniyalı turist filin qəfil hücumuna məruz qalıb.
KONKRET.az EFE agentliyinə istinadən xəbər verir ki, hadisə Tailandın Phang Nqa əyalətində Yao Yai adasındakı fillərə qulluq mərkəzində baş verib. Faciədən əvvəl ispan turist fili çimdirirmiş. Bu zaman fil turistə xəsarət yetirib. Həkimlərin səylərinə baxmayaraq İspan turistin həyatını xilas etmək mümkün olmayıb. Bu barədə məlumat yerli polis idarəsində də təsdiqlənib.
Vəli Həsənoğlu,
KONKRET.az