Taksi sürücülərinə MÜHÜM XƏBƏR: Üzərində bu nişan olmasa…backend

Taksi sürücülərinə MÜHÜM XƏBƏR: Üzərində bu nişan olmasa...

Bakı küçələrində hər gün minlərlə taksi fəaliyyət göstərir. Son illər bu nəqliyyat vasitələrinin rəng və dizayn standartlarında bir sıra dəyişikliklər edilsə də, əksər vətəndaşlar əvvəllər olduğu kimi bütün taksilərin vahid – sarı rəngdə olmasını daha məqsədəuyğun sayırlar. Çünki bu, həm şəhər görünüşünə nizam gətirir, həm də sərnişinlərin taksiləri digər avtomobillərdən asan ayırd etməsinə yardım göstərir. Bəs bu gün Bakıda taksilərin rəng standartı necə müəyyən edilir və “taksi” sözünün maşın üzərində aydın görünməsi sərnişinlər üçün hansı üstünlükləri yaradır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Bakı şəhəri üçün taksilərin ağ və qırmızı rəngdə olması qərara alınıb.

Avtomobil almaq istəyənlərə VACİB XƏBƏR: “May və iyun aylarında…” | KONKRET

“Ancaq razıyam ki, bu nəqliyyat vasitələrinin damında mütləq sarı rəngli taksi fənəri olmalıdır. 2019-cu ildə Nazirlər Kabinetinin qərarında bu məsələ təsbit olunub. Təəssüf ki, sonrakı illərdə bu fənərin qoyulması məqsədəuyğun sayılmadı və ya vacib bilinmədi.”

Eldəniz Cəfərovun sözlərinə görə, sarı fənər taksiləri digər nəqliyyat vasitələrindən fərqləndirir və sərnişinlərin onları asan tanımasına şərait yaradır:

“Düşünürəm ki, Bakıda istismar olunan bütün taksilərin damında sarı rəngli taksi fənəri olmalıdır. Bu, həm görüntü baxımından, həm də sərnişinlərin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*