Taksilərin avtobus zolağından istifadəsinə icazə veriləcək? – “Düşünmək olar”backend

Taksilərin avtobus zolağından istifadəsinə icazə veriləcək? - “Düşünmək olar”

Bakıda bir sıra küçə və prospektlərdə avtobusların rahat hərəkətini təmin etmək məqsədilə avtobus zolaqları çəkilib. Zolaqlar avtobusların hərəkətini asanlaşdırsa da, taksi fəaliyyəti ilə məşğul olanların işində bəzi problemlər yaradır.

Taksi fəaliyyəti ilə məşğul olan sürücülər avtobus zolaqlarına daxil olduqları zaman cərimələndiklərinə görə sərnişinləri yolun ortasında mindirib, düşürdürlər.

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sərnişinlər taksi sifarişlərini taksi dayanacaqları və ya parklanma yerlərindən edərsə, sürüclərin işi asanlaşar:

“Hazırda Bakının hər bir ərazisində parklanma yerləri mövcuddur. Sərnişinlər mövcud parklanma yerlərindən və ya taksi dayanacaqlarından taksi sifariş etsinlər ki, sürücülər cərimələnməsin. Bu həm də sürücülərin işini asanlaşdırar, onlar avtobus zolaqlarına daxil olmaz”.

O qeyd edib ki, taksi fəaliyyəti tam leqallaşdıqdan sonra damında taksi fənəri olan nəqliyyat vasitələrinin avtobus zolağı ilə hərəkət etməsi ilə bağlı layihə düşünmək olar.

Xatırladaq ki, hazırda paytaxtın paytaxtın 25 küçə və prospektində uzunluğu 75 km-dən çox olan xüsusi hərəkət zolaqları təşkil edilib. Bu zolaqlara şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır.

Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.

Aygün Mirakif,

KONKRET.az

  • Elşən
    Avqust 28, 2024 - 12:35

    Belə düşünülmüş tədbir üçün Azərbaycanın kifayət qədər yolu yoxdur yaxşı olar ki ,avtobus yolunda dayananlara maneçilik törədənlərə cərimə olunsun yoxsa xalqı soymaq üçün bəhanələr axtarmaq lazım deyil ,Onsuzda yollar maşınları qəbul edə bilmirdi indi də aftobus yolu ,velasibet yolu lap
    daraldıblar camahat yığılıb boğaza yolu genişləndir velasibet yolu aç

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*