Bu yay “İnter”dən ayrılan Samir Handanoviç karyerasını bitirməyi qərara alıb.
KONKRET.az xəbər verir ki, slovakiyalı qapıçı yaxın günlərdə qərarını açıqlayacaq.
36 yaşlı qolkiperin yeni işi də məlumdur. Ona “İnter”də qapıçılar üzrə məşqçi vəzifəsi təklif edilib.
Qeyd edək ki, Samir Handanoviç 2012-2023-cü illər arasında “İnter”də çıxış edib. O, Milan təmsilçisinin heyətində 455 rəsmi matçda meydana çıxıb.
Qol.az