Tarakanlar Partiyası: Hindistanda yeni dönəm bu adla başladı – Ölkə ciddi şəkildə dəyişirbackend

Tarakanlar Partiyası: Hindistanda yeni dönəm bu adla başladı - Ölkə ciddi şəkildə dəyişir

Hindistanda cəmi bir neçə həftə əvvəl yaranmış “Tarakanlar Xalq Partiyası” (Cockroach Janta Party) gözlənilmədən ölkənin ən güclü etiraz hərəkatlarından birinə çevrildi. Hərəkatın əsas tələbi təhsil naziri Dharmendra Pradhanın istefası və qəbul imtahanlarında baş verən saxtakarlıqların araşdırılması idi.

KONKRET.az xəbər verir ki, etirazların başlanmasına səbəb milyonlarla şagird və tələbənin iştirak etdiyi dövlət imtahanlarının suallarının əvvəlcədən internetə sızması oldu. Gənclər bunu korrupsiyanın və təhsil sistemindəki böhranın göstəricisi hesab edərək küçələrə çıxdılar. Sonradan etirazlar gənclər arasında işsizliyin artması və hökumətin siyasətinə qarşı ümumi narazılığa çevrildi.

“Tarakanlar” adı əvvəlcə hakimiyyətə yaxın şəxslərdən birinin işsiz gəncləri təhqir edərək onları “tarakan” adlandırmasından sonra meydana çıxıb. Etirazçılar isə bu ifadəni öz simvollarına çevirərək istehza ilə “Tarakanlar Xalq Partiyası”nı yaratdılar. Sosial şəbəkələrdə milyonlarla dəstəkçi qazanan hərəkat qısa müddətdə ölkə miqyasında yayıldı.

Kütləvi aksiyalar və hökumətlə aparılan danışıqlardan sonra Baş nazir Narendra Modinin hökuməti etirazçıların əsas tələblərini qəbul etdi. Təhsil naziri Dharmendra Pradhan istefa verdi, imtahan sistemində islahatların aparılacağı, etirazçılara qarşı cinayət işlərinin dayandırılacağı və imtahan qalmaqalları ilə əlaqədar həyatını itirmiş tələbələrin ailələrinə kompensasiya veriləcəyi elan edildi. Bundan sonra hərəkat etiraz aksiyalarına son qoyduğunu açıqladı.

Analitiklər hesab edirlər ki, bu hadisə Narendra Modinin hakimiyyəti dövründə gənclərin təşkil etdiyi ən uğurlu etirazlardan biri olub və hökumətin ictimai təzyiq qarşısında mühüm güzəştə getdiyi nadir hallardan sayılır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*