Tbilisidə parlament qarşısında yenidən etiraz aksiyası başlayıbbackend

Tbilisidə parlament qarşısında yenidən etiraz aksiyası başlayıb

 

Tbilisidə parlament binasının qarşısında yenidən etiraz aksiyası başlayıb.

KONKRET.az xəbər verir ki, saat 18:00 radələrində əraziyə gələn etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar.

Hazırda hakim partiya əleyhinə şüarlar səsləndirən etirazçılar qanunverici orqanın həyətinə pirotexniki vasitələr atırlar.

Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*