Təbii və saxta düyünü bilməyiniz vacibdirbackend

Təbii və saxta düyünü bilməyiniz vacibdir

Günümüzdə əksər qida məhsullarının saxtasına rast gəlmək və hətta yemək qeyri-adi hal sayılmır. Hər addımda daha sağlam və faydalı qidalanmağa çalışsaq da, marketlərdə satılan ərzaqların təbiiliyinə hər zaman şübhə var. Yəni, qulaqlar yediklərimiz haqqında nələr eşitmir?!

Konkret.az syl.ru-ya istinadən xəbər verir ki, süfrələrimizi bəzəyən düyü artıq plastik və digər materiallardan asanlıqla hazırlana bilən məhsula çevrilib.

Çində olan bəzi fabriklər daha asan qazanc əldə etmək üçün sintetik qətrandan (plastik material) düyü istehsal edirlər. Həmin materialdan düyü formasında hazırlanan məhsula vurulan ətir və dadlandırıcı əlavələr elə xoş olur ki, hətta təbiisindən seçilmir. Bəs saxta düyünü necə müəyyən etmək olar?
1 xörək qaşığı düyünü 2 stəkan suda qarışdırın. Suda batıb-batmayacağına fikir verin. Əgər batırsa, demək hər şey normaldı. Suyun üzərində qalacaqsa, demək plastik materialdan hazırlanıb. Düyünü qaynardarkən suyun üzərinə yığılan təbəqəyə diqqət edin. Suyun səthində qalın çöküntü əmələ gəlirsə, bu, düyünün plastik olmasına işarədir. Ən mükəmməl üsul isə düyünü yandırmaqdır. Yandırarkən plastik material və ya kartof qoxusu gələrsə, demək düyü saxtadır. Həmçinin, yandırarkən plastik material kimi tez alışıb yanacaq. Marketlərdən düyü alarkən istifadə olunma müddətinə diqqət edin. Saxlanma müddəti 1 ildən çoxdursa, bu, onun saxta düyü olmasına işarədir.

Firuzə Alimova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*