Təbrizdə İsrailə məxsus ikinci F-35 vuruldubackend

Təbrizdə İsrailə məxsus ikinci F-35 vuruldu

İran hava hücumundan müdafiə sistemləri bu gün Təbriz səmasında İsrailə məxsus ikinci F-35 qırıcı təyyarəsini məhv edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb. Rəsmi mənbələr iddia edir ki, təyyarə İran hava məkanına daxil olduqdan sonra müəyyən olunaraq hava hücumundan müdafiə qüvvələri tərəfindən hədəfə alınıb və uğurla vurulub.

Qeyd edək ki, bu, son 24 saat ərzində İran tərəfindən vurulduğu iddia edilən ikinci İsrail qırıcısıdır. Birinci hadisənin də Təbriz yaxınlığında baş verdiyi bildirilmişdi.

Hazırda İran rəsmiləri bölgədəki hava məkanına nəzarətin tam şəkildə təmin olunduğunu və hər cür təxribat cəhdinə cavab veriləcəyini bəyan edirlər.

İsrail tərəfi hələlik bu məlumatla bağlı rəsmi açıqlama yaymayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*