Amerika və İran Oman körfəzində üz-üzə gəlib.
KONKRET.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “DDG Fitzgerald” adlı esmines Oman körfəzi akvatoriyasında İranın öz ərazi suları hesab etdiyi zonaya yaxınlaşıb. Bu barədə məlumatı İranın Tasnim agentliyi yayıb.
İddialara görə, ABŞ esminesi bölgəyə daxil olduqdan sonra İran hərbi helikopteri havaya qalxaraq ABŞ tərəfini xəbərdar edib. Lakin Amerika gəmisi helikopteri vurmaqla hədələyib.
Bunun cavabında İran tərəfi hava hücumundan müdafiə sistemlərini aktivləşdirib və ABŞ esminesinə ciddi xəbərdarlıq göndərilib. Bildirilib ki, helikopter tam şəkildə müdafiə olunur və esmines istiqamətini dəyişərək cənuba yönəlməlidir.
Hazırda tərəflər arasında vəziyyətin daha da gərginləşməsi istisna edilmir.
Natiq Səlim,
KONKRET.az