TƏCİLİ: Azərbaycanda pensiya yaşı artırıla bilərbackend

TƏCİLİ: Azərbaycanda pensiya yaşı artırıla bilər

Əhalinin yaşlanması, əmək bazarında aktiv insanların sayının azalması və pensiya sisteminə düşən yük Azərbaycanda pensiya yaşı ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Xüsusilə kişilər üçün pensiya yaşının artırılması ehtimalı cəmiyyətdə maraq doğurur. Bəs bu dəyişiklik nə dərəcədə realdır və hansı amillər belə bir qərarı zəruri edə bilər?

İqtisadçı ekspert Əkrəm Həsənovun KONKRET.az-a açıqlamasında bildirdiyinə görə, bu ilin iyul ayından etibarən ölkədə qadın və kişilər üçün pensiya yaşı bərabərləşdirilərək 65 yaş müəyyən olunacaq.

“Son illər ərzində pensiya yaşı mərhələli şəkildə artırılıb və bu prosesin gələcəkdə də davam etməsi qaçılmaz görünür. Əhalinin sayının azalması və aktiv işləyən insanların sayında geriləmə pensiya sisteminə ciddi təsir göstərir. Nəticədə Dövlət Sosial Müdafiə Fonduna daxil olan ödənişlər azalır və bu da pensiya ödənişlərinin maliyyələşdirilməsini çətinləşdirir”.

İqtisadçı vurğulayıb ki, bu səbəbdən dövlətlər insanları daha gec pensiyaya çıxarmağa üstünlük verirlər ki, pensiya ödənişləri daha gec başlasın.

“Bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur”.

Əkrəm Həsənov bildirib ki, pensiya yaşının artırılması yaxın 1-2 ildə baş verməsə də, növbəti 5–10 il ərzində bu addımın atılması ehtimalı yüksəkdir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*