Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Minsk rəhbərliyinin müharibənin qarşısını almaq məqsədilə hərbi hazırlıq gördüyünü bildirib.
KONKRET.az xəbər verir ki, Lukaşenko ABŞ-ı tənqid edib.
Onun sözlərinə görə, Belarus müharibəyə onun baş verməməsi üçün hazırlaşır.
Lukaşenko bildirib ki, bəzi ölkələrdə müdafiə qurumları faktiki olaraq “müharibə nazirliyi” funksiyasını yerinə yetirir.
“Biz həmişə müharibə olmasın deyə ona hazırlaşırıq. ABŞ-də isə sanki hər gün müharibə aparmaq üçün fəaliyyət göstərən bir sistem var”, – deyə Belarus lideri vurğulayıb.
Görüş zamanı tərəflər Belarus–Rusiya münasibətləri və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
