İran İsraillə danışıqlara hazırdır, lakin bunun baş verməsi üçün yəhudi dövləti təcavüzünə son qoymalıdır.
KONKRET.az xəbər verir ki, bunu İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında İslam Respublikasının XİN rəhbəri Abbas Araqçı bildirib.
“Diplomatiya keçmişdə işləyib və gələcəkdə də işləyə bilər. Amma biz diplomatiyaya qayıtmazdan əvvəl aqressiya dayandırılmalıdır. Biz 2015-ci ildə olduğu kimi danışıqlara hazırıq”.
Araqçı həmçinin deyib ki, o, ABŞ-ın İrana qarşı hücumlara qoşulmasını çox təhlükəli hesab edir. “ABŞ-ın İrana qarşı hücuma qoşulması çox təəssüfedici və hamı üçün təhlükəli olardı”, – Araqçı vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az