Suriya televiziyasının məlumatına görə, bazar ertəsi günü 60 nəfərlik İsrail Müdafiə Ordusunun (IDF) xüsusi təyinatlı birliyi Bəyt-Can bölgəsinə daxil olub, Hərmondağ silsiləsinin yamacında yerləşən Batt-əl-Varda yüksəkliyini ələ keçirərək orada müşahidə məntəqəsi qurur.
KONKRET.az xəbər verir ki, əvvəlki dövrlərdə Bəyt-Canda Fələstin fraksiyaları və şiə dəstələri fəaliyyət göstərirdi.
Son təmizləmə əməliyyatı 28 iyun tarixində həyata keçirilib.
22 avqustda isə İsrail qüvvələrinin mexanizasiya edilmiş patrulları Dera əyalətindəki Abdin və El-Kuneytra əyalətindəki El-Əcraf yaşayış məntəqələrində yol kəsişmələrində blokpostlar qurub.
Müşviq Tofiqoğlu
KONKRET.az