“Sərhəd imkanları gücləndirilərsə, ruslar da Ermənistan-Türkiyə sərhədindən geri çəkilə bilər”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini ParuyrOvannisyan deyib.
“Biz bütün məsələləri iranlı tərəfdaşlarımızla müzakirə edirik. Lakin ABŞ dövlət katibinin qeyd etdiyi məsələ sərhəd nəzarətimizin effektivliyinin artırılmasına aiddir. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bu yaxınlarda İrana səfər edib və Tehran bununla bağlı heç bir narahatlıq ifadə etməyib. Düşünürəm ki, yayılan bəyanat bizim yaxın münasibətlərimizin daha bir sübutudur. Elə bir məsələ yoxdur ki, biz İran tərəfi ilə razılığa gələ bilməyək. Bizim əlaqələrimiz görünməmiş səviyyədədir”.
“Sərhəd imkanlarının gücləndirilməsi nə deməkdir?” sualına Ovannisyan belə cavab verib:
“Bunu həmişə üçüncü ölkə edib. Nəhayət, sərhədimizə özümüz nəzarət etməyə başlamalıyıq. Bu işlərin nəticəsində Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərini bütövlükdə tərk etməsi mümkündür. Hər bir ölkə öz sərhədlərinə nəzarət edə bilməlidir”, – deyə Ovannisyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az