backend

Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Daşkənddə toplaşdı

Noyabrın 7-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin üzv ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini Daşkənddə qəbul edib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu prezidentin mətbuat xidmətinə istinadən bildirir ki, dövlət başçısı Özbəkistanın MDB daxilində, o cümlədən müasir çağırış və təhdidlərə qarşı mübarizə sahəsində çoxşaxəli əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini söyləyib. Təhlükəsizlik sahəsində praktiki əməkdaşlığın daha da gücləndirilməsi Özbəkistanın 2020-ci ildə MDB-yə sədrliyi dönəmində prioritet istiqamətlərdən biri olaraq vurğulanıb.

MDB ölkələrinin xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsinin, o cümlədən sürətli məlumat mübadiləsi və terrorizm, ekstremizm, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə fəaliyyətin zəruriliyinə xüsusi diqqət yetirilib. Kiber cinayətkarlığa qarşı mübarizədə, zorakılığı və radikal baxışları təbliğ etmək üçün internetdən və digər informasiya-kommunikasiya texnologiyalarından istifadəyə qarşı mübarizədə səylərin birləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Nümayəndə heyətlərinin rəhbərləri səmimi qəbula görə Şavkat Mirziyoyevə səmimi təşəkkürlərini bildiriblər və ölkələrinin liderləri adından salamlarını və ən xoş arzularını çatdırıblar.

Görüşdə regional təhlükəsizlik və sabitliyin təmin olunmasının digər aktual problemləri də nəzərdən keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*