Tehran Hörmüz boğazını bağlamağa hazırlaşır – ABŞ-dan sərt xəbərdarlıq, neft qiymətləri uçuruma gedirbackend

Tehran Hörmüz boğazını bağlamağa hazırlaşır – ABŞ-dan sərt xəbərdarlıq, neft qiymətləri uçuruma gedir

İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qanun layihəsini səs çoxluğu ilə qəbul edib. Bu addım regionda gərginliyi daha da artırıb.

KONKRET.az xəbər verir ki, Qanunun qüvvəyə minməsi üçün son qərarı İranın Milli Təhlükəsizlik Şurası verməlidir.

ABŞ dövlət katibi Marko Rubio məsələ ilə bağlı sərt açıqlama verib:

“Əgər İran Hörmüz boğazını bağlamağa qərar versə, bu, münaqişənin ciddi eskalasiyası olacaq və ABŞ-la yanaşı digər ölkələrin cavab tədbirləri ilə nəticələnəcək. Biz Çin hökumətini İranı bu addımdan çəkindirməyə çağırırıq.”

ABŞ-ın vitse-prezidenti Vens isə daha açıq şəkildə xəbərdarlıq edib:

“Tehranın Hörmüz boğazını bağlamaq cəhdi İran iqtisadiyyatı üçün intihara bərabər bir addım olar.”

Ekspertlərin fikrincə, boğazın bağlanması qlobal enerji bazarına ciddi təsir göstərəcək. Analitiklər neftin qiymətinin 90–100 dollar aralığına yüksələcəyini proqnozlaşdırır. Bəzi beynəlxalq agentliklər isə bu rəqəmin 130–300 dollaradək sıçraya biləcəyini bildirir.

Hörmüz boğazı dünya neftinin təxminən 20%-nin daşındığı strateji dəniz yoludur. Onun bağlanması yalnız Yaxın Şərq deyil, bütün dünya üçün iqtisadi və siyasi nəticələr doğura bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*