İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, İslamabad memorandumuna əməl edilməyəcək.
KONKRET.az-ın xəbərinə görə, nazirliyin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, razılıq əldə olunan bütün hallarda İran öhdəliklərini vicdanla və məsuliyyətlə yerinə yetirib.
Bəqayinin sözlərinə görə, Vaşinqton müharibənin dayandırılması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, Tehran ABŞ ilə imzalanmış qarşılıqlı anlaşma memorandumuna artıq əməl etməyəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
