Azərbaycan əhalisi arasında inflyasiya ilə əlaqədar olan qiymət artımından məmnunluq yoxdur.
KONKRET.az bu səbəbdən qonşu ölkələrin paytaxtlarındakı tariflərlə maraqlanır və əldə olunan informasiyanı oxuculara təqdim edir. Bu dəfəki bazarlıq səbəti Tehrandakı qiymətlərə uyğunlaşdırılıb. Söhbət 2022-ci ildə İran paytaxtındakı tariflərdən gedir.
Restoranlar
1 nəfərlik bahalı olmayan nahar 6-8 AZN
2 nəfərlik (qeyri-leqal alkoqollu) şam yeməyi 21-30 AZN
McDonalds-da Big Mac menyu 6-8 AZN
Kapuçino 4 AZN
0.5 mineral su 0.33 AZN
Alkoqolsuz pivə 0.9 AZN
Nəqliyyat və yanacaq
Taksi ilə səyahət orta hesablama ilə 1-3 AZN
İctimai nəqliyyat 0.3 AZN
Benzinin litri 0.4 AZN
Ümumi qiymətlər (ərzaq və s.)
Südün litri 1.15 AZN
400qr ağ çörək 0.7 AZN
Düyünün kilosu 5.48 AZN
Toyuğun döş ətinin kilosu 5.64 AZN
Yerli pendirin kilosu 6.58 AZN
Qırmızı və sümüksüz ətin kilosu 19 AZN
Yaşıl almanın kilosi 1.84 AZN
1kq banan 2.25 AZN
1kq apelsin 1.84 AZN
1kq kartof 0.96 AZN
1kq soğan 0.95 AZN
1,5litr su 0.60 AZN
Spirtsiz çaxır 5.40 AZN
Marlbro 3-4 AZN
Toyoto Corolla 70 min AZN
85 kvadrat metr mənzilin aylıq kommunal xərcləri 48.42 AZN
Aylıq sürətli internet 53.73 AZN
Özəl uşaq bağçasının aylıq ödənişi 235 AZN
Beynəlxalq məktəbin illik ödənişi 4600 AZN
Avropa-ABŞ istehsalı paltarlar (levis, mango, mexx, nike) 76-186 AZN civarındadır
Tehranın mərkəzində mənzillər kvadratı 3 min manatdan satılır
Mərkəzdən kənar mənzillərin kvadrat metri 1700 AZN-dən başlayır
20 illik ipoteka faizləri 19.38-dir.
Orta aylıq əmək haqqı 790 AZN
Sonda bəzi məqamları aydınlaşdıraq ki, İranda yalnız yanacağın qiyməti ucuzdur. Maaş isə azdır. Yoxsa camaat hicabı bəhanə edib yeyintilərini zəkatla pərdələməyə çalışan molla rejimini devirmək istəməzdi. İkinci məsələ ondan ibarətdir ki, bəli, İrandan Azərbaycana Bakıdakı dükanlardan iki dəfə ucuz olan məhsullar gətirilir. Konserv kimi oxşar məhsullardan mən də yararlanıram. Lakin həmin malların istehsal və satış mənbəyi Tehran deyil. Ona görə də “İranda ucuzluqdur” deyimi islam respublikasının paytaxtına aid deyil. İslamda sələmin haram sayıldığı üçün İranın faizsiz kreditlər verməsi fars ayətullahların teleportasiya etməkləri, qanad açıb mələk kimi uçmaqları qədər inandırıcıdır. Yəni…söhbəti tutdunuz da!
Anar Rəhimov,
KONKRET.az
Bizdə hansı maşdan söhbət gedir? Ayıb deyiı hələ bir iranlada müqaisə edirsiniz.Biz hələ iranlada müqaisədə çox geridəyik.İran illik 40 milyard dollardan cox teror pul xərcləyir üzüdə uzun illərdi emarqodadı.Ancaq yenədə orta əmək haüqı bizdən yüksəkdir
Yalannan goplamayın. İran bizdən ən aşağı 3 dəfə ucuzluqdur. Bir də ki bizdə orta aylıq əmək haqqı hardan 790 manat oldu. Bizdə vəziyyət İranla yox Afrikayla müqayisə oluna bilər
Tehranla mən müqaisə edim bizi gözlə.
İran 40 illik ən ağır embarqolarla mübarizə aparıb, belə çətin şəraitdə dünyanın ən güclü iqtisadiyyatı olan 20 ölkədən biri oldu.
8 illik İran-İraq müharibəsi İkinci Dünya müharibəsindən sonra yaşanmış ən böyük müharibə idi, İran belə bir müharibədən bir qarış torpaq itirmədən və heç bir ölkədən silah almadan qalib çıxdı.
İran Orta Şərqdə cərəyan edən terrorun ölkəsində boy göstərməsinə icazə vermədi, narkotacirlərə qarşı ən amansız mübarizəni apardı (2000 nəfərə yaxın təhlükəsizlik qüvvələri bu yolda şəhid oldu)
İran davamlı olaraq xaricdən maliyyələşən terrorçu, təkfirçi və separatçı qurupların hədəfindədir. Bununla bərabər super güc dövlətinə qarşı ən güclü şəkildə ölkəsinin təhlükəsizliyini təmin edir.
İran təhsildə Azərbaycandan yüz dəfələrlə çox öndədir. Azərbaycanda təhsilin inkişafı universitet tələbələrinin sayı ilə ölçülürsə, İranda universitetlər təhsilin özünün keyfiyyətinə görə ölçülür və İran Uniləri dünyanın ən yaxşı universitetləri sırasında 14 Uni ilə yer tutub.
İran heç kəsdən silah və texniki dəstək almadan öz alimləri sayəsində kosmosa öz peykini çıxardı, 10 km məsafədən hədəfi vuran ballistik raketlər və dünyaya səs salan PUA-lar istehsal etdi. (Siz isə oyuncağa oxşayan PUA-ya əvvəl “iti qovan”, sonra da fotoşopla “molla qovan” adını yapışdırıb həzzə dalırsız)
İranda əhalinin pis olmasına səbəb “molla rejimi” dediyiniz hökumət deyil, dünyanın hegemon gücləri illərdir İranda İslam İnqilabını boğmaq üçün xalqın sanksiyalarla şəraitini pisləşdirib, onların öz əli ilə “Ərəb Baharı”na bənzər inqilab etmək istəyirlər. Bu ağır vəziyyətdə ölkəsini heç kəsin köməyi olmadan bu cür zirvələrə çıxarmaq hər adamın işi deyil, hətda deyərdim ki, mollalar qalstuklulardan daha yaxşı dövlət idarə edir
Ehsen. Cox gozel izahat verdiniz.
Hamısını yalandan yazmısınız. Sizin yazdığınız o qiymət və tariflər bizdədir. İranda qiymətlər bizdəkindən dəfələrlə ucuzdur. Utanmadan yalan məlumat yazırsınız.
Yağın qiymətini demədiz orda çox ucuzdu , balıq konservalarıda superdi öz istehsalıdır birdə ki iranın tekstili də birinci yerdədi .ən əsasıda iranda tibii xidmətlərin səviyyəsi və qiymətləridə yaxşıdır.onlar hamısı heç istiyərdim ki irandakı və Çində ki kimi rüşvət alanların həqiqətən əllərini kəssinlər ! P.S Azərbaycanı sevməyənlərə LƏNƏT olsun ! Farslarında Ruslarında….