Tehrandan İDDİALI AÇIQLAMA: Körfəz ölkələrinin hakimiyyətini dəyişə bilərikbackend

Tehrandan İDDİALI AÇIQLAMA: Körfəz ölkələrinin hakimiyyətini dəyişə bilərik

İranın “Kayhan” qəzeti ölkənin enerji infrastrukturuna zərbə endiriləcəyi təqdirdə Tehran tərəfindən mümkün cavab tədbirləri ilə bağlı sərt açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, qəzet İranın raket imkanlarından istifadə etməklə Fars körfəzi ölkələrini qısa müddətdə ciddi böhranla üz-üzə qoya biləcəyini yazıb.

Məqalədə qeyd olunur ki, İranın enerji infrastrukturuna mümkün hücumlar ölkədə bəzi xidmətlərin azalmasına səbəb ola bilər, lakin onların tam dayanmasına gətirib çıxarmayacaq. Eyni zamanda, qəzet iddia edir ki, Körfəz ölkələri daha ağır nəticələrlə qarşılaşa bilər.

“Kayhan” yazıb ki, İran region ölkələrində daxili proseslərə təsir imkanlarına malikdir və hətta yeni hökumətlərin hakimiyyətə gəlməsinə şərait yarada bilər.

Qeyd edək ki, İranın nüfuzlu konservativ nəşrlərindən biri hesab olunan “Kayhan” ölkə rəhbərliyinə yaxın mövqeyi ilə tanınır və onun açıqlamaları tez-tez Tehran hakimiyyətinin sərt mövqeyini əks etdirir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*