Tehranın yaxınlığında partlayışlar baş verdibackend

Tehranın yaxınlığında partlayışlar baş verdi

İranın paytaxtı Tehranın ətrafında – İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bazalarının yerləşdiyi ərazidə güclü partlayışlar və yanğın qeydə alınıb.

KONKRET.az xəbər verir ki, Iran International televiziyasının yaydığı görüntülərdə Tehranın yaxınlığındakı dağlıq ərazidən qalxan qalın tüstü müşahidə olunur. Məlumata görə, Cəmran bölgəsində yanğın hələ də davam edir, yerli sakinlər az əvvəl iki güclü partlayışın səsini eşitdiklərini bildiriblər.

Hadisənin baş verdiyi ərazi SEPAH-a aid hərbi və ya anbar obyektləri kimi tanınır. Lakin İran rəsmiləri hələlik baş verənlərlə bağlı rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, bu cür partlayışlar ölkədə daxili təhlükəsizlik baxımından ciddi narahatlıq doğura bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*