Telefonla ucadan danışan şəxsi bıçaqlayanın məhkəməsi başladıbackend

Telefonla ucadan danışan şəxsi bıçaqlayanın məhkəməsi başladı

Xaçmaz rayonunda tanışını bıçaqlamaqda təqsirləndirilən Sandra Məmmədrzayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilə şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 14-nə təyin edilib.

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2022-ci il oktyabrın 6-da gecəyarısı Xaçmaz rayonu, Yalama kəndi, Xətai küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Sandra Məmmədrzayevin evində internetdən istifadə edərək qohumları ilə sosial şəbəkə vasitəsilə danışmaq üçün həmkəndlisi, zərərçəkmiş Bəxtiyar Tarikuliyev qonaq gəlib. Zərərçəkmiş sərxoş vəziyyətdə telefonla qohumları ilə yüksək səslə danışaraq nalayiq söyüşlər söyüb. Sandra da həmkəndlisinə irad bildirib. Sonra Bəxtiyar onun bu iradına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Sandra isə zərərçəkmiş şəxsə onun evindən çıxıb getməsini tələb etsə də, Bəxtiyar yenə də təqsirləndirilən şəxsin sözlərinə əhəmiyyət verməyib. Daha sonra Sandra Məmmədrzayev mətbəx bıçağı ilə bir dəfə qəsdən onun sol tərəf döş qəfəsi nahiyəsindən vuraraq, Bəxtiyara xəsarət yetirib. (Pravda.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*