Telefonu danışmaq adı ilə alıb taksiyə minərək qaçdı – MƏHKƏMƏbackend

Telefonu danışmaq adı ilə alıb taksiyə minərək qaçdı - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Zaman Əkbərlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 27 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Heydər Əliyev adına parkın qarşısında qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Zaman Əkbərli tanışı, zərərçəkmiş Sahil Quliyevə (şərti) məxsus 3000 manat dəyərində “Iphone 14 pro” markalı mobil telefonu zəng etmək adı ilə ondan alıb. Sonra o, zərərçəkmişin gözü qarşısında oradan qaçaraq onu yaxınlıqda gözləyən taksi kimi fəaliyyət göstərən Qasım Qasımlının (şərti) idarə etdiyi “Toyota” markalı “Prius” markalı avtomobilə əyləşib ərazidən uzaqlaşıb.

Hadisədən sonra Zaman Əkbərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. (Pravda.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*