Türkiyənin qabaqcıl avtobus istehsalçılarından olan Temsa dekabrın 23-ə qədər istehsalı dayandırb. Səbəb şirkətda yaşanan maliyyə sıxıntısıdır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu müddət ərzində fabrikin stok ehtiyatı hesablanacaq.
1968-ci ildə qurulan və 1987-ci ildən Adanada 510 min kvadrat metrlik bir istehsal müəssisəsində fəaliyyət göstərən Temsa, hər il 10 mindən çox avtobus, midibüs və kiçik yük maşınları istehsal edir.
Temsa, Türkiyədən savayı ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya və 70-ə yaxın digər ölkədə fəaliyyət göstərir.
Hazırladı: Günel MUSEYİB