Təranənin məhkəmə iclası yenə nəticəsiz qaldıbackend

Təranənin məhkəmə iclası yenə nəticəsiz qaldı

Prodüser Təranə Səmədovanın ötən gün növbəti məhkəməsi baş tutub.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaş danışıb.

O bildirib ki, iclas yenə də nəticəsiz qalıb:

“Ali Məhkmənin iclasında Təranə Səmədova da iştirak edib. Amma iclas nəticəsiz qaldı və 2 həftə sonra yenidən məsələyə baxılacaq. Lakin Təranədən əsər-əlamət qalmayıb, arıqlayıb. Peşimandır və azadlıq eşqi ilə alışıb-yanır.

Ona yaxınlaşıb söhbət etmək imkanımız olmadı. Ədalətli iclas idi. İnsan ümidsiz yaşaya bilməz. Suelin başını çiynimə qoyub göz yaşları ilə islatması ümid edirəm ki, hakimin gözündən yayınmayıb. Doğrudur, qanun göz yaşlarına güzəştə getmir. Amma 2 uşağın gələcəyinin nəzərə alınmasını çox  istəyərdik. Ümid edirəm ki, 2 həftə sonra Ali Məhkəmədən gülə-gülə çıxacağıq və Təranə azadlıqda olacaq”.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il müddətində azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*