Təyyarə qəzasında həlak olanlar arasında tanınmış general Rüstəm Kaydarov da varbackend

Təyyarə qəzasında həlak olanlar arasında tanınmış general Rüstəm Kaydarov da var

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Komitəsi təyyarə qəzasında həlak olanların təxmini siyahısını təqdim edib. Həlak olanların arasında general-mayor Rüstəm Kaydarov da var. O, vaxtilə SSRİ Daxili İşlər Nazirliyində çalışıb. Qazaxıstan Daxili İşlər Nazirliyinin fəxri veteranı, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi müxbir üzvü; Beynəlxalq İnformasiya Akademiyasının akademiki, professor, “Generallar Şurası” QHT Rəyasət Heyətinin sədri, Beynəlxalq Ekoloji Palatanın fəxri professorudur. General 18 may 1940-cı ildə anadan olub .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*