AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan zaqatalalı qız ailəsinə video göndərib.
KONKRET.az xəbər verir ki, yaralı Səlihət Ceerovanın xəstəxanada çəkilmiş videosunu əldə edilib.
Yaralı qız avar dilində vəziyyətinin yaxşı olduğunu, onunla birgə təyyarədə olan atası Xizri Ceerovdan xəbər almadığını bildirir:
“Narahat olma ana. Mən yaxşıyam. Atamı görməmişəm. İnşallah müalicə alıb qayıdacam”.//Lent.az