Türk Hava Yolları (THY) bu gün üçün planlaşdırılan Bahreyn, Dammam, Doha, Dubay, Küveyt, Abu Dabi və Maskat istiqamətli uçuşların ləğv edildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Bu qərar bölgədə gərginliyin artması, o cümlədən İranın Qətər, İraq və digər ölkələrdə ABŞ hərbi bazalarına hücumlarının fonunda verilib.
Hadisələr regionda təhlükəsizlik səviyyəsinin pisləşməsi və uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə atılan addım kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az