TikTok Azərbaycanda yeni platformasını təqdim etdi – FOTOLARbackend

TikTok Azərbaycanda yeni platformasını təqdim etdi - FOTOLAR

Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok Azərbaycandakı auditoriyaya yeni platformasını təqdim edib.

KONKRET.az xəbər verir ki, TikTok For Business adlı platforma TikTok-un Azərbaycanda, Türkiyədə, Mərkəzi və Cənubi Asiyada Global Business Solutions Departamentinin rəhbəri Barış Aldanmazın təqdimatında media nümayəndələrinə nümayiş etdirilib.

B.Aldanmaz platforma haqqında ətraflı məlumat verərək bildirib ki, bu, biznes vəzifələrinin effektiv həllinə kömək edir, brendlərin yaradıcı potensialını üzə çıxarır və marketinq yanaşmasını yenidən nəzərdən keçirməyə imkan yaradır.

“Azərbaycanda platformaya olan yüksək marağı müşahidə edən TikTok 2024-cü ildə yerli şirkətlərlə əməkdaşlığa başlayaraq, onlara kreativ və effektiv reklam formatlarını və alətlərini mənimsəməkdə kömək edir. TikTok for Business platforması böyük beynəlxalq və yerli şirkətlərdən tutmuş kiçik və orta biznesə qədər hər miqyasda və sektorda biznesin inkişafı üçün effektiv alətlər təklif edir. TikTok for Business platformasının unikal xüsusiyyəti təkcə reklam mesajlarını auditoriyaya çatdırmaq imkanından ibarət deyil Eyni zamanda brendlər istifadəçilərlə eyni dildə ünsiyyət quraraq, onların etibarını və sevgisini qazana bilərlər. Biz biznesə məhz qarşıya qoyulan məqsədləri maksimum dərəcədə effektiv həll etməyə imkan verən həllər tapmaqda kömək edirik. TikTok for Business-in geniş alət dəsti yeni məhsulun bazara çıxarılmasından tutmuş satışların artırılmasına qədər istənilən hədəfə çatmağa imkan verir. Biz Azərbaycanda şirkətlərin TikTok-un imkanlarını kəşf etməsinə və bizimlə tərəfdaşlıqda biznes göstəricilərini artırmasına yardım etmək istəyirik,” – deyə departamentinin rəhbəri bildirib.

Qeyd olunub ki, dünyanın hər yerindən istifadəçilər TikTok-a yaxşı əhval-ruhiyyə, yaradıcı və maraqlı məzmun üçün maraq göstərirlər. Brendlər də TikTok-u öz strategiyalarına yaradıcılığı və əyləncəni inteqrasiya etmək üçün seçməyə başlayıblar. Marketoloqlar artıq istehlakçıları yayındırmaq yerinə, onları əyləndirməyə daha çox diqqət yetirirlər və reklam istehlakçılar üçün narahatlıq yaradan elementdən zövqlə vaxt ayırdıqları məzmuna çevrilir.

TikTok icması yaradıcı düşüncəli və dünyanı kəşf etmək həvəsində olan aktiv insanlardan ibarətdir. Onlar daim yeni kəşflər və ideyalar axtarışındadırlar. Bu ideyalar isə onları real həyatda dəyişikliklərə ilhamlandırır. TikTok istifadəçiləri digər onlayn platformalarla müqayisədə 1,8 dəfə daha çox razılaşırlar ki, tətbiq onlara əvvəllər düşünmədikləri maraqlı mövzuları kəşf etməyə kömək edib. İstifadəçilərin 80%-dən çoxu isə TikTok-un onlara maraqlı brendlər və məhsullar tapmaqda kömək etdiyini bildirir.

TikTok-da reklamlar auditoriya tərəfindən o qədər təbii qəbul edilir ki, platformada artıq 10 milyondan çox paylaşım olan #TikTokMadeMeBuyIt həştəqi formalaşıb. Bu etiket altında istifadəçilər dünyadan aldıqları məhsulları bölüşür, paket açır və almaq üçün səbirsizləndikləri məhsullardan danışırlar.

Araşdırmalar göstərir ki, TikTok-da fəal şəkildə reklam olunan məhsullar populyarlaşır və platformanın təbii formatında reklamlar auditoriya tərəfindən müsbət qarşılanır. Belə ki, qlobal sorğuya görə, platforma istifadəçilərinin 61%-i TikTok-da məzmunu gördükdən sonra alış-veriş ediblər.

İndi Azərbaycandakı şirkətlər TikTok-da öz bizneslərini inkişaf etdirmək üçün marketinq yanaşmalarını yeni səviyyəyə qaldırmaq, hədəf auditoriyası ilə etibarlı dialoq qurmaq, yaradıcılığı və satışları artırmaq üçün güclü alətə çevirmək daxil olmaqla bütün imkanlardan istifadə edə bilərlər.

“Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir”, – deyə B.Aldanmaz vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*