Tıxaclardan qurtuluruq – Yeni çəkiləcək yollar bunlardırbackend

Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır

Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolu tikiləcək.

KONKRET.az xəbər verir ki, layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, layihənin icra müddəti 2025-2030-cu illəri əhatə edir.

Bundan başqa, Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolunun layihələndirilməsi, tikintisi və istismara verilməsi də Dövlət Proqramında öz əksini tapıb.

Eyni zamanda, Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsünün tikintisi və istismara verilməsi də qeyd olunan müddət ərzində reallaşdırılacaq. Bununla yanaşı, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək.

Dövlət Proqramında Xırdalan şəhəri (Nizami Gəncəvi küçəsi) M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi də nəzərdə tutulub.

O cümlədən, 2025-2030-cü illərdə Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18-ci km) avtomobil yolunun, Binəqədi−Novxanı avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun da tikintisi və istismara verilməsi planlaşdırılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*