Tokayev İlham Əliyevə təbrik məktubu göndərdibackend

Tokayev İlham Əliyevə təbrik məktubu göndərdi

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik teleqramı göndərib.

KONKRET.az Tengrinews.kz-yə istinadən xəbər verir ki, Qasım-Jomart Tokayev İlham Əliyevi Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransına ev sahibliyi edən ölkə seçilməsi münasibətilə təbrik edib.

Dövlət başçısı azərbaycanlı həmkarını əmin edib ki, Qazaxıstan hərtərəfli yardım göstərməyə və COP29-un uğurlu və səmərəli keçirilməsində fəal iştirak etməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*