Tovuzda Vətən müharibəsi iştirakçısı vəfat edibbackend

Tovuzda Vətən müharibəsi iştirakçısı vəfat edib

Tovuzda Vətən müharibəsi iştirakçısı vəfat edib.

KONKRET.az xəbər verir ki, Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı, həmçinin birinci qrup əlil, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev ölüb.

O, uzunsürən xəstəlikdən sonra vəfat edib. Vətən müharibəsi iştirakçısı Aşağı Öysüzlü kənd qəbiristanlığında dəfn edilib.

Vüsal Tağıyev döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdu.

Qeyd edək ki, mərhum ailəli idi və iki övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*