Toyda qardaşını və arvadını bıçaqladı – 14 illik həbs…backend

Toyda qardaşını və arvadını bıçaqladı - 14 illik həbs...

Sumqayıtda toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən Rafiq Kərimduxtanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Rəşadət Ağayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin növbəti proses aprelin 25-nə təyin edilib.

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Kərimduxt 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə ötən ilin iyulunda Sumqayıtda yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rafiq Kərimduxt hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb. (Pravda.az)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*