Traktorla minik avtomobili toqquşdu: yaralılar varbackend

Traktorla minik avtomobili toqquşdu: yaralılar var

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili və traktorun toqquşması nəticəsində xəsarət alanlar olub.

KONKRET.az xəbər verir ki, yol qəzası Ələt-Astara avtomobil yolunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alanlar – Novruz Həsənov və Elgün Həsənov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*