Əvvəllər Bideni yaşına görə ələ salan, onun çaşqınlığı və ehtiyatlılığı ilə bağlı zarafat edən Donald Tramp ölkə tarixinin ən qocaman lideri olub.
KONKRET.az xəbər verir ki, bu barədə “RBC” məlumat yayıb. Bildirilir ki, 20 yanvar 2025-ci ildə andiçmə mərasimi zamanı Tramp 78 yaş yeddi aylıq idi. Bayden isə 2021-ci ildəki andiçmə mərasimində 78 yaş 1 aylıq olub. Amma buna baxmayaraq Tramp yaşının onun işinə əngəl olacağını düşünmür. O, koqnitiv testlərdən keçdiyini və əla fiziki formada olduğunu iddia edir. “RBC”-nin məlumatına görə, Amerika prezidentlərinin orta yaşı 56-dır. “Pew” Araşdırma Mərkəzinin sorğusu müəyyən edib ki, amerikalıların 49%-i prezident üçün optimal yaş həddi 50, respondentlərin yalnız 3%-i dövlət başçısı üçün uyğun yaş həddi 70 və daha yuxarı olduğuna inanır.
Vəli Həsənoğlu,
KONKRET.az