Tramp: “Altı ayda ABŞ-ı ümidverici və hörmətli ölkəyə çevirdim”backend

Tramp: “Altı ayda ABŞ-ı ümidverici və hörmətli ölkəyə çevirdim”

ABŞ prezidenti Donald Tramp prezidentliyinin altı ayını qeyd edərək, amerikalıları bu münasibətlə “təbrik” edib.

KONKRET.az xəbər verir ki, Tramp öz çıxışında rəhbərliyi altında ABŞ-ın “ümidsiz vəziyyətdən çıxaraq dünyanın hörmət etdiyi və yenidən yüksəlişə keçən bir ölkəyə çevrildiyini” bildirib.

“Cəmi altı ay ərzində vəziyyət dəyişdi. ABŞ yenidən qürur duyulan və bütün dünyanın hörmət etdiyi ölkə oldu”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, bu açıqlama onun liderlik keyfiyyətlərinə və idarəetmə bacarığına verdiyi şəxsi qiymət kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*