Tramp Çinlə ticarət danışıqları barədə: “Tam zamanında baş verdi”backend

Tramp Çinlə ticarət danışıqları barədə: "Tam zamanında baş verdi"

ABŞ prezidenti Donald Tramp Cenevrədə Çin Xalq Respublikası ilə keçirilmiş ticarət danışıqlarını “məhsuldar” adlandırıb. Onun sözlərinə görə, tərəflər arasında aparılan müzakirələr nəticəsində “tam peresatart” – yəni tam bir yenidən başlama əldə olunub.

KONKRET.az xəbər verir ki, Tramp qeyd edib ki, bu görüş iki ölkə arasında uzun müddətdir davam edən ticarət gərginliyinin aradan qaldırılması istiqamətində mühüm addımdır. ABŞ lideri tərəflər arasında müəyyən razılaşmaların əldə olunduğunu, ancaq prosesin davam etdirilməsinin vacibliyini bildirib.

ABŞ prezidenti həmçinin əlavə edib ki, həftəsonu Çin sədri Si Cinpinlə birbaşa danışmaq ehtimalı var. Bu təmasın, əgər baş tutarsa, iki ölkə arasında strateji iqtisadi münasibətlərin gələcək istiqamətini müəyyənləşdirməsi gözlənilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*