ABŞ Prezidenti Donald Tramp CNN telekanalını İrana hücumun vaxtını açıqlamaqda ittiham edib. O, CNN-i “dəhşətli şəbəkə” adlandıraraq, onların ABŞ-ın İran hava məkanına daxil olmaq planının vaxtını bildiklərini bildirib.
KONKRET.az xəbər verir ki, Tramp CNN-də yayımlanan xəbərlərdə hücumun dəqiq vaxtının verildiyini gördükdən sonra müdafiə naziri və hərbi rəhbərlərlə əlaqə saxlayıb.
O, hücumun ani olması lazım olduğunu, lakin CNN-in bunu açıqladığını deyərək, hücumu başqa vaxta təxirə saldıqlarını söyləyib.
Tramp daha sonra hücumun əvvəlcədən planlaşdırıldığı vaxtda həyata keçirildiyini əlavə edib.
Natiq Səlim,
KONKRET.az