Tramp kürdləri hədələdi: “Bunu heç vaxt unutmayacağam”backend

Tramp kürdləri hədələdi: "Bunu heç vaxt unutmayacağam"

ABŞ ilə İran arasında davam edən hərbi qarşıdurma fonunda Ağ Ev rəhbəri Donald Tramp regional müttəfiqlərindən birini kəskin ittiham edib. Tramp rəsmi Vaşinqtonun Tehran rejiminə qarşı planlarında kürd qruplaşmalarının onlara xəyanət etdiyini bəyan edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına verdiyi eksklüziv müsahibədə ABŞ ordusunun İrandakı etirazçılara silah çatdırmaq cəhdinin uğursuzluqla nəticələnməsində kürdləri günahlandırıb. Ağ Ev rəhbəri kürd silahlı qüvvələrinin onlara verilən etimadı doğrultmadığını vurğulayıb: “Biz onlara həqiqətən də böyük miqdarda silah göndərdik, lakin düzünü desəm, kürdlər bizi çox məyus etdi. Onlar bizi yarıyolda qoydular”.

Tramp bu əməliyyatın rəsmi Vaşinqton daxilində qəbul edilməsi prosesinə də toxunaraq, əslində bu plana əvvəlcədən qarşı olduğunu etiraf edib: “Mən bu qərarla razı deyildim. O zaman da dedim ki, xeyr, mən bu silahların ünvanına çatdırılacağına inanmıram. Hesab edirəm ki, onlar bu silahları gizlədərək özlərinə saxladılar. Bu, tam bir rəzalətdir. Amma mən bunu heç vaxt unutmayacağam, kürdlər. Bunu mütləq yadda saxlayacağam”. Hərbi-siyasi analitiklər Trampın bu bəyanatını ABŞ-ın Yaxın Şərqdə, xüsusilə də İranla müharibə fonunda kürd qüvvələri ilə pərdəarxası hərbi əməkdaşlığı dayandırdığının və Vaşinqtonun artıq bu qüvvələrə etibar etmədiyinin rəsmi göstəricisi kimi qiymətləndirirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*