Tramp: “Mən Netanyahuya dedim ki, davam etsin”backend

Tramp: "Mən Netanyahuya dedim ki, davam etsin"

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki gərginlik fonunda verdiyi son açıqlamada bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahoya əməliyyatları davam etdirməyi tövsiyə edib.

“Mən dedim ki, davam et, amma onu da əlavə etdim ki, ABŞ-ın böyük bir dəstək göndərəcəyini demirəm,” – deyə Tramp Truth Social platformasında yazıb.

O həmçinin vurğulayıb ki, gələn həftə İran üçün həlledici ola bilər:

“Bu, həftənin sonunadək də baş verə bilər,” – deyə ABŞ lideri qeyd edib.

Trampın bu sözləri ABŞ-ın İrana qarşı birbaşa hərbi müdaxiləyə hələlik tələsmədiyini, lakin İsrailin hücumlarını dəstəklədiyini göstərir.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*