ABŞ Prezidenti Donald Tramp braziliyalı Peleni tarixin ən yaxşı futbolçu hesab edir.
KONKRET.az bu barədə DAZN platformasına müsahibəsində deyib.
“Uzun illər əvvəl mən gənc olanda buraya Pele adında oyunçunu dəvət etmişdilər. O, “Kosmos”un heyətində çıxış edirdi. Peleyə baxmağa gəldim və bu, inanılmaz idi. Deyərdim ki, Pele inanılmaz dərəcədə böyük oyunçu idi” , – deyə Tramp vurğulayıb.
Xatırladaq ki, Pele 1975-1977-ci illərdə “Nyu York Kosmos”da çıxış edib.
Tramp əlavə edib ki, ölkədə istifadə edilən “soccer” adının “futbol”a dəyişdirilməsi barədə fərman imzalaya bilər.
İngilis illi ölkələrin əksəriyyətində futbol idman növü “football” sözü ilə qeyd edilir. ABŞ-da idmanın ingilis dilində rəsmi adı isə “soccer”dir.