Las-Veqasda polis “Trump International Hotel”in yaxınlığında “Tesla Cybertruck” partlayışında şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.
KONKRET.az xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Şübhəli şəxs əvvəllər ABŞ ordusunda xidmət etmiş 37 yaşlı Metyu Livelsberqerdir. Qeyd olunur ki, həmin şəxs bir neçə ünvanda yaşayıb və avtomobili Turo avtomobil paylaşma proqramı vasitəsilə icarəyə götürüb. Partlayış zamanı cinayətdə şübhəli bilinən şəxs yerindəcə dünyasını dəyişib. Son məlumata görə, FTB və Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı maddələr Bürosunun əməkdaşları hadisənin səbəblərini öyrənmək üçün şübhəlinin yaşadığı evlərdə axtarışlar aparır.
Vəli Həsənoğlu,
KONKRET.az