Tramp prezident kimi ilk xarici səfərinə başlayır – Bu ölkəyə gedirbackend

Tramp prezident kimi ilk xarici səfərinə başlayır - Bu ölkəyə gedir

ABŞ Prezidenti Donald Tramp 13–16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcək.

Bu, Trampın 2025-ci ildə prezident postuna qayıtdıqdan sonra ilk xarici səfəri olacaq.

KONKRET.az xəbər verir ki, səfər çərçivəsində ABŞ rəhbərliyinin müdafiə sənayesi, enerji, yüksək texnologiyalar və tibbi sahələrdə ən azı 600 milyard dollar dəyərində razılaşmalar elan etməsi gözlənilir.

Qeyd edək ki, Tramp prezident olduğu ilk dönəmdə – 2016-cı ildə də ilk xarici səfərini məhz Səudiyyə Ərəbistanına etmişdi. Bu dəfə də eyni ölkəni seçməsi siyasi dairələrdə diqqət çəkib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*