Tramp-Putin görüşünün Alyaskada keçirilməsinin PƏRDƏARXASI: Məkan təsadüf seçilib, yoxsa?…backend

Tramp-Putin görüşünün Alyaskada keçirilməsinin PƏRDƏARXASI: Məkan təsadüf seçilib, yoxsa?...

ABŞ Prezidenti ilə Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçirilməsi planlaşdırılan görüş diqqət mərkəzinə çevrilib. Maraqlıdır, ABŞ prezidentinin Putinlə görüşü Alyaskada keçirməsi hansı simvolik məna daşıya bilər? Alyaska seçimi təsadüfdür, yoxsa məqsədli şəkildə planlanıb?

Politoloq İlyas Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, görüşün məkanı təsadüfi seçilməyib və ciddi simvolik məna daşıyır.

İlyas Hüseynov: Partiyamızın namizədi kimi növbəti seçkilərdə iştirak edəcəm

Onun sözlərinə görə, Alyaska vaxtilə Çar Rusiyası tərəfindən ABŞ-a satılıb, sonradan bölgədə zəngin təbii ehtiyatlar aşkar edildiyi üçün bu satış Rusiya üçün peşmanlıq doğurub.

“Hazırda ABŞ-ın burada görüş keçirməsi və Rusiyanın razılıq verməsi Vaşinqtonun üstünlüyünü göstərir. Kreml isə ilkin olaraq görüşün Dubayda keçirilməsini istəyirdi, lakin ABŞ fərqli prioritetlər əsasında qərar verdi,” – deyə Hüseynov vurğulayıb.

Politoloq əlavə edib ki, 8 avqustda ABŞ-ın Rusiyaya qarşı nəzərdə tutulan bəzi sanksiyaları müəyyən müddətə ertələməsi də bu görüşlə bağlı ola bilər. Onun sözlərinə görə, əldə olunacaq nəticələr Vaşinqtonun Moskva ilə bağlı növbəti addımlarını müəyyən edəcək:

“ABŞ Prezidenti Donald Trampın Putinlə bağlı mövqeyi dəyişib. Rusiyanın davamlı olaraq Ukraynaya hücumları və dron zərbələri ABŞ rəhbərini qəzəbləndirib. Buna baxmayaraq, Tramp məsələnin sülh və danışıqlar yolu ilə həllinə çalışır.”

Beləliklə, Alyaska görüşü həm tarixi simvolizm, həm də ABŞ–Rusiya münasibətlərinin gələcək istiqaməti baxımından mühüm əhəmiyyət kəsb edir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*