Tramp, Putin və Zelenski nə vaxt görüşəcək? – “Ağ Ev”dən cavab gəldibackend

Tramp, Putin və Zelenski nə vaxt görüşəcək? - "Ağ Ev"dən cavab gəldi

“ABŞ Tramp, Putin və Zelenski arasında çox erkən görüşə ümid edir”.

KONKRET.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Caroline Leavitt “Fox News” telekanalına müsahibəsində deyib.

“Biz bu görüşlərin çox tezliklə baş tutacağını gözləyirik. Xüsusən də Zelenskinin iştirakı ilə görüşün olacağına ümidliyik. Tramp Kiyevə kömək üçün xərclənən vəsaiti Amerika vergi ödəyicilərinə qaytarmaq məqsədilə Zelenski ilə mineral ehtiyatların işlənməsinə dair saziş imzalamağa çalışır”, – deyə Leavitt vurğulayıb.

Xatırladaq ki, daha öncə Tramp Oval kabinetdə jurnalistlərə Putinlə görüşmək istədiyini bildirmişdi. Rusiya lideri isə faktiki olaraq ABŞ prezidenti ilə Ukraynada sülhü müzakirə etmədiyini bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*