ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə bağlı kəskin açıqlamalar verib. O, Vladimir Putindən narazı olduğunu bildirib və ona qarşı “sürpriz” hazırladığını deyib.
KONKRET.az xəbər verir ki, jurnalistlərin “Putindən narazı olduğunuzu dediniz, nə etməyi planlaşdırırsınız?” sualına Tramp belə cavab verib: “Bunu sizə niyə deyim ki? Kiçik bir sürpriz etmək istəmirikmi?”
Tramp əlavə edib ki, ABŞ Ukraynaya tarixdə yaradılmış ən müasir silahları verib və bu səbəbdən Ukrayna-Rusiya müharibəsi gözlənildiyindən daha uzun çəkib. Onun sözlərinə görə, əgər Ukraynanın bu qədər yaxşı hərbi təchizatı olmasaydı, müharibə 3-4 gün ərzində bitə bilərdi.
Rusiya liderinin tez-tez “gözəl səslənən, lakin mənasız” açıqlamalar verdiyini bildirən Tramp, Putinin ABŞ-a “çoxlu boş sözlər” yağdırdığını deyib.
Eyni zamanda, Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini də bəyan edib.
Natiq Səlim
KONKRET.az