Tramp SƏRT DANIŞDI: “Bu dəlilərin Amerikanı parçalamasına imkan verməyəcəyik”backend

Tramp SƏRT DANIŞDI: "Bu dəlilərin Amerikanı parçalamasına imkan verməyəcəyik"

ABŞ prezidenti Donald Tramp milyarder Corc Soros və oğlunun ölkədə baş verən etiraz aksiyalarına dəstəklədiyi üçün məsuliyyət daşıdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Soros və oğlu radikal solçu qrupları maliyyələşdirərək ölkədə iğtişaşlara təkan verirlər:

“Corc Soros və onun radikal solçu oğlu Amerika Birləşmiş Ştatlarının hər yerində şiddətli etirazları dəstəkləməkdə ittiham edilməlidir. Biz artıq bu dəlilərin Amerikanı parçalamasına imkan verməyəcəyik”, – Tramp qeyd edib.

Tramp həmçinin Soros və onun ətrafını “psixopatlar qrupu” adlandıraraq, onların ABŞ-a ciddi ziyan vurduğunu iddia edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*